4 C
Baku
Saturday, February 24, 2024

Orta dəhlizlə konteynerlə yükdaşımalar 45% artıb

Türkiyənin İstanbul şəhərində keçirilən 17-ci “Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisi çərçivəsində “Orta Dəhlizin İnkişafı: Tranzit və Nəqliyyat Əməkdaşlığı” üzrə panel sessiyası təşkil edilib.

“ADY Konteyner”dən verilən məlumata görə, “Yeni imkanlar üfüqündə” mövzusunda təşkil edilən toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun keçdiyi ölkələrin dəmir yolu idarələrinin nümayəndələri iştirak ediblər.

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvlərindən biri olan “ADY Konteyner” MMC-nin (“Azərbaycan Dəmir Yolları”nın törəmə şirkəti) direktoru Natiq Cəfərov Orta dəhlizlə daşımaların dinamikasını əks etdirən təqdimatla çıxış edib.

Bildirilib ki, bu ilin 10 ayı ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteynerlərlə yükdaşımalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% artıb. Yeni geosiyasi vəziyyətdə ölkəmizin Çin-Avropa və əks istiqamətdə nəqliyyat bağlantısının gücləndirilməsində rolunun artmasına, bu marşrut üzrə yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas iştirakçılardan birinə çevrildiyini diqqətə çatdırılıb.

Marşrutun imkanlarının genişləndirilməsi müzakirə edilib. Çin-Avropa-Çin marşrutunun Xəzər dənizindən keçən hissəsində nəqliyyat bağlantısının gücləndirilməsi məqsədilə təşkil edilən fider xidmətlərinin önəmi vurğulanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər