Bakıda “Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit qaydasının işlənib hazırlanması və tətbiqi üzrə Fəaliyyət Planı” qəbul edilib.
Fəaliyyət Planı Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüş çərçivəsində gömrük xidmətlərinin rəhbərləri tərəfindən qəbul edilib.
İclasın sonunda yekun protokol imzalanıb.