Belçikanın “Camco Technology” şirkəti Qırğızıstan, Tacikistan, Özbəkistan və Qazaxıstanla limanlarda konteyner əməliyyatlarının avtomatlaşdırılması layihələri ilə bağlı danışıqlar aparır.
Bunu şirkətin nümayəndəsi Verner Peeters deyib.
Onun sözlərinə görə, danışıqlar erkən mərhələdədir, lakin artıq “Camco Technology” həllərinin Azərbaycanın Hövsan limanında tətbiqi imkanı nəzərdən keçirilir: “Sabah biz bu limanı səfər etməyi planlaşdırırıq. Terminalların rəqəmsallaşdırılması gələcəyin zərurətidir”.
V.Piters həmçinin qeyd edib ki, gələn il Orta Dəhliz ölkələri ilə müqavilələr imzalana bilər: “Biz fəal şəkildə sərgilərdə və tədbirlərdə iştirak edirik ki, hələ regionda tətbiq olunmayan həllərimizi təbliğ edək”.
O vurğulayıb ki, şirkətin proqram təminatı bütün iştirakçılar üçün konteyner daşımaları proseslərini əhəmiyyətli dərəcədə sadələşdirir.
Xatırladaq ki, 2024-cü ilin ilk yeddi ayında Orta Dəhliz üzrə yük daşımalarının həcmi 2,56 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 63% çoxdur. Bu ilin sonuna 4,2 milyon tona çatacağı proqnozlaşdırılır. 2023-cü ildə Orta Dəhliz üzrə daşımaların həcmi 65% artaraq 2,7 milyon ton təşkil edib.