2024-cü il üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) üzrə tarif dərəcələri və yüklərin daşınma planı təsdiq edilib.
Bu gün Türkiyənin Ankara şəhərində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının növbəti iclası baş tutub.
İclas zamanı ötən ilin yük daşımalarının təhlili nəzərdən keçirilib və nəticələrə əsasən marşrutun inkişaf etdirilməsi ilə bağlı digər məsələlər müzakirə olunub.