16 C
Baku
Friday, November 22, 2024

Orta Dəhliz vasitəsilə Asiyadan Avropaya gedən konteynerlərə vergi tətbiq edilməyə bilər

Gələcəkdə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) “yaşıl dəhliz”ə çevrilərsə Asiyadan Avropaya və ya əks istiqamətdə gedən konteynerlərə vergi tətbiq edilməyəcək.

Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “yaşıl liman” məsələsinə Orta Dəhlizin yaşıllaşdırılması bucağından baxmaq lazımdır: “Gələcəkdə qitələrarası ticarətdə konteynerlərin hansı təchizat zənciri ilə getdiyinə baxılacaq. Bu səbəbdən Orta Dəhlizi “yaşıl dəhliz”ə çevirməliyik. Belə olan halda bir çox şirkət Orta Dəhlizi seçəcək”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

2023-cü ildə bu marşrutla 2.7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86% çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər