13 C
Baku
Saturday, November 23, 2024

Orta Dəhliz vasitəsilə tranzit yükdaşımaların həcmi 75 % artıb

Ötən il Azərbaycan ərazisindən Orta Dəhliz vasitəsilə tranzit yükdaşımaların həcmi 75 % artıb və bu rəqəm sürətlə artır.

Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” adlı beynəlxalq konfransın açılış mərasimində deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin) rolu artır.

“Bu baxımdan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, eləcə də orada tikilmiş beynəlxalq hava limanları mühüm rol oynayır”, – nazir deyib.

R.Nəbiyev həmçinin Zəngəzur dəhlizinin açılmasının regionun tranzit potensialının artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər