Orta Dəhlizlə bağlı bu il yükdaşımalar ötən illə müqayisədə artıb.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-in sədri Rövşən Rüstəmov bildirib.
Sədr qeyd edib ki, bununla bağlı ciddi işlər görülüb.
“Bu gün Çindən 306-cı blok qatar yola düşdü. Növbəti il bu rəqəmin 3 dəfə artırılaraq, 1000 blok qatara çatdırılması planlaşdırılır”,- deyə o əlavə edib.