Bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə 2.5 milyon ton yük daşınıb.
Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62% çoxdur.
Nazirlik bu il TBNM vasitəsilə 4.2 milyon ton yük daşınacağını proqnozlaşdırır.
2023-cü ildə Orta Dəhlizlə yükdaşımalar 2022-ci illə müqayisədə 65% artaraq 2.7 milyon ton təşkil edib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.