19 C
Baku
Bazar, Sentyabr 19, 2021

Orta məktəblərdə COVID-19-la bağlı operativ nəzarətçilər təyin edilib

Screen Shot 2021 09 02 at 14.34.20

Yeni tədris ilinin başlanması ilə bağlı hər bir təhsil müəssisəsində operativ nəzarət üzrə məsul şəxslər təyin olunub.

Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

O bildirib ki, həmin şəxslər hərarətin ölçülməsi və dezinfeksiya işləri ilə məşğul olacaq: “Əgər məktəbə daxil olan şəxsin hərarəti 37-dən artıqdırsa, müəssisəyə buraxılmayacaq. Dərs vaxtı kiminsə hərarəti qalxarsa, izolyasiya otağına yerləşdiriləcək. Şagirddirsə, valideyninə, böyük şəxsdirsə, səhiyyə müəssisəsinə məlumat veriləcək.

Məktəbdə yoluxma aşkarlanarsa, Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat veriləcək, onların iştirakı ilə araşdırma aparılacaq”.

Qeyd edək ki, yeni qərara əsasən, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər