Orxan Bayramovun yerinə müvəqqəti sədr seçilib

0

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təsisçilərinin ümumi yığıncağı keçirilib.

Yığıncaqda ASA-nın sədri Orxan Bayramov Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi seçilməsi ilə əlaqədar vəzifəsindən azad edilib. Amma onun yerinə yeni sədr hələ seçilməyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

ASA-nın sədri vəzifəsinin icrası müvəqqəti olaraq qurumun əməkdaşı Vüqar Əliyevə həvalə edilib.

Xatırladaq ki, ASA 2006-cı ildə yaradılmış qeyri-hökumət təşkilatıdır. İctimai birlik öz fəaliyyətini Azərbaycan Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” qanun, digər normativ-hüquqi aktlar və Nizamnaməsi əsasında həyata keçirir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən bütün sığorta şirkətləri və “AzRe Təkrarsığorta” ASC qurumun üzvüdür.