8 C
Baku
Monday, November 18, 2024

Orxan İsmayılov Britaniya şirkətinə rəhbər təyin edilib

Azərbaycanda neft-qaz şirkətində çalışmış Orxan İsmayılov beynəlxalq şirkətdə yeni vəzifəyə təyin edilib.

Banker.az xəbər verir ki, O.İsmayılov Böyük Britaniya şirkəti “Wood PLC”nin general direktoru təyin edilib.

“Wood PLC” 1912-ci ildə Londonda təsis edilib və 60 ölkədə konsaltinq xidmətlərini həyata keçirir.

2024-cü ilin mayından İsmayılov “Wood PLC”nin Xəzər dənizi üzrə regional direktoru idi.

Orxan İsmayılov Azərbaycanda “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında hasilatın pay bölgüsü sazişləri üzrə böyük tikinti sahələrində çalışıb. O, Anqola, Avstraliya, Malayziya, Birləşmiş Krallıq, Qətər və Cənubi Koreyaya təyinatlarda beynəlxalq miqyasda geniş təcrübə qazanıb.

Zəngin iş təcrübəsinin böyük hissəsində “McDermott”, “Technip”, “Saipem”, “Amec” və “Wood Group” kimi mühəndislik, təchizat, tikinti və layihələrin idarə edilməsi üzrə ixtisaslaşmış podratçı şirkətlərdə, eləcə də, 6 il “Chevron” şirkətində rəhbər vəzifələrdə çalışıb.

O, “GL Technical Services” MMC-dən əvvəl, “Wood Group” şirkətində Layihələrə Nəzarət və Satınalmalar üzrə menecer vəzifələrində fəaliyyət göstərib və şirkətin daxilində Biznesin İnkişafı və Kommersiya işlərinə rəhbərlik edib.

Orxan İsmayılov “Kadrların Milliləşdirilməsi” proqramlarının fəal təbliğatçısı olmaqla yanaşı, müştəri məmnunluq səviyyəsinin inkişaf etdirilməsi və kollaborativ səmərəlilik təşəbbüsləri ilə nəticələnmiş biznesin təkmilləşdirilməsi, strateji inkişaf və yeni texnologiyaların tədbiqi işlərinə rəhbərlik edib.

O, Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit üzrə magistr dərəcəsinə və Layihələrin idarə edilməsi və nəzarət üzrə müxtəlif beynəlxalq sertifikatlara malikdir.

Son xəbərlər
Digər xəbərlər