29 C
Baku
Sunday, June 16, 2024

Orxan Məmmədov: “Kiçik sahibkarlar regionlarda kredit müraciətləri edərkən çətinliklərlə üzləşirlər”

“Sorğular real mənzərəni görmək üçün ciddi alətlərdir. Sahibkarlar arasında keçirdiyimiz sorğular nəticəsində onların ən çox hansı qanunlarda dəyişiklik istədiklərini də müəyyən etmiş oluruq”.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov 2020-ci ilin yekunlarına həsr olunmuş brifinqdə deyib:

“Sorğular nəticəsində sahibkarların ən çox maliyyə çıxışlarında problemlərlə üzləşdiyi məlum olur. Eləcə də, banklarla problem yaşadıqlarını bildirirlər, xüsusilə də sənədləşmədə.

Xüsusilə də, kiçik sahibkarlar regionlarda kredit müraciətləri edərkən çətinliklərlə üzləşirlər. Onlar sənədlərin azalmasını, kredit alışının asanlaşdırılmasını, maliyyə bazarlarına çıxışın sadələşdirilməsini istəyirlər.

Son dövrlər bu problemlərin aradan qaldırılması ilə bağlı müvafiq işlər görülməkdədir. Agentlik olaraq biz də banklarla işimizi qurduqda bu məsələlərə xüsusi diqqət ayırırıq”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər