6 C
Baku
Thursday, February 13, 2025

Orxan Nəzərli: “Vergi orqanlarının fiskal yığımlardakı payı 77%-ə çatıb”

2024-cü ildə Azərbaycanda toplanmış fiskal yığımlar 22,8 milyard manat təşkil edib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən forumda bildirib.

O. Nəzərli vurğulayıb ki, bununla da rəhbərlik etdiyi qurumun bütün fiskal yığımlardakı payı 77%-ə çatıb.

“Ötən il vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 15,8 milyard manatdan çox olub”, – deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, 2019-cu illə müqayisədə ölkədə aktiv vergi ödəyicilərinin sayı 1,8 dəfə artaraq 800 mini keçib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər