Orxan Sultanova general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilsin”, – deyə sərəncamda qeyd edilir.