30 C
Baku
Monday, July 1, 2024

“Oscar” mükafatı nəyə görə belə adlanır?

İlk olaraq amerikan kino akademiyasının mükafatı “Akademiyanın xidmətlərə görə mükafatı” adlanırdı.

Məlumdur ki, qızıl cənagavərin yeni adı ilk dəfə rəsmi olaraq 1934-cü ildə Uolt Disneyin dodaqlarından səslənmişdir. Lakin mükafatı “Oscar” adlandırmağın ilk dəfə kimin ağlına gəldiyi məlum deyil. Lakin bu haqda bir sıra mülahizələr mövcuddur. Belə mülahizələrdən ən məşhuru kino akademiyanın kitabxanaçısı Marqaret Herrik ilə bağlıdır.

Deyilənlərə görə, 1931-ci ildə qadın heykəli gördükdə heyrətdən əllərini bir-birinə vuraraq qışqırdı: “Bu ki eynilə əmim Oscara bənzəyir!”. Bu səhnənin şahidi olan jurnalist Sidni Skolski öz məqaləsində belə bir məlumat yazır ki, “Kino akademiyanın əməkdaşları qızıl heykəlciyi Oscar adlandırırlar”.

Digər bir mülahizə isə Kino akademiyanın mükafatına 10 dəfə layiq görülmüş aktrisa Bett Devis ilə bağlıdır. İlk əvvəllər o bu mükafatı birinci əri Oscar nelsonun şərəfinə “Oscar” adlandırmağı təklif edirdi. Lakin daha sonradan tarixləri müqayisə edərək o ilk ərinin Skolski olduğunu etiraf edir.

Daha bir əfsanəyə görə 1934-cü ildə Uolt Disney “Üç donuz balası”-na görə bu mükafatı əldə etdikdə onu “Oscar” adlandırmış və bu vaxtdan sonra bu mükafat “Oscar” olaraq adlandırılmışdır.

Son xəbərlər
Digər xəbərlər