Ötən ay Azərbaycan və Ukrayna arasında idxal-ixracın dəyəri 110 mln. dollara yaxın olub

Yanvar ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 110 milyon dollara yaxın olub.

Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ay Azərbaycandan bu ölkəyə 25,7 milyon dollarlıq məhsul ixrac olunub. Ay ərzində Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 84,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.

©Azərtac


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları