10 C
Baku
Thursday, December 26, 2024

Ötən ay Yaponiyada 499 şirkət müflis olduğunu elan edib

Yaponiyada 3 aydır müflisləşən şirkətlərin sayı artır. Belə ki, Yaponiyada müflisləşən şirkətlərin sayındakı artım iyul ayında ardıcıl üçüncü aydır ki, davam edir. May ayında 11 aylıq enişdən sonra ilk dəfə artım olmuşdu.

Banker.az xəbər verir ki, Yaponiya Araşdırma Şirkəti “Teikoku Databank”ın məlumatına görə, iyul ayında iflas edən şirkətlərin sayı əvvəlki ilin eyni ayı ilə 1.8% artaraq 499-a çatıb. Ötən ilin eyni ayında müflisləşən şirkətlərin sayı 490 olmuşdu.

Şirkətlər iflasın əsas səbəbi kimi “resessiya”nı göstəriblər. Tənəzzül nəticəsində müflisləşən şirkətlərin sayı 1.6% artaraq 402-yə çatıb ki, bu da ümumi iflasların 80.6%-ini təşkil edib.

Şirkətlərin problemli borcları 23.1% artaraq 90.39 mlrd. yenə çatıb. Ötən ilin eyni ayında bu borcun məbləği 73.4 mlrd. yen idi.

Müflis olmuş şirkətlərdən 96.4%-i, yəni 481-i ləğv edilib.

Son xəbərlər
Digər xəbərlər