19 C
Baku
Friday, October 7, 2022

Ötən iki ayda Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 6% artıb

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 2 mlrd. 93,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin məlumatına əsasən, yanvar-fevral aylarında kapital qoyuluşlarının ümumi həcmindən 1 mlrd. 868,3 mln. manat (bütün investisiyaların 89,2%-i) istehsalat təyinatlı obyektlərin, 69,3 mln. manat (bütün investisiyaların 8,1%-i) xidmət obyektlərinin, 56,1 mln. manat yaşayış sahələrinin inşasına (bütün investisiyaların 2,7%-i) yönəldilib.

Hesabat dövrü ərzində 1 mlrd. 405,7 mln. manat (bütün investisiyaların 67,1%-i) xarici investisiyaların, 688 mln. manat (bütün investisiyaların 32,9%-i) daxili investisiyaların payına düşüb.

Yanvar-fevral aylarında əsas kapitala dövlət investisiyalarının həcmi 531,8 mln. manat (bütün investisiyaların 25,4%-i), özəl investisiyaların həcmi 1 mlrd. 561,9 mln. manat (bütün investisiyaların 74,6%-i) təşkil edib.

Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 1 mlrd. 455 mln. manat və ya bütün kapital qoyuluşlarının 69,5%-ni təşkil edib.

Yanvar-fevral aylarında Azərbaycanın neft sektoruna kapital qoyuluşları 1 mlrd. 503,3 mln. (bütün investisiyaların 71,8%-i), qeyri-neft sektoruna 590,4 mln. manat (bütün investisiyaların 28,2%-i) təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər