24 C
Baku
Thursday, September 29, 2022

Ötən il əhalinin mənzillə təminatına xərclənən vəsait açıqlanıb

Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri üçün 143,9 milyon manat vəsait yönəldilib.

Bu, Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda əksini tapıb.

Məlumata görə, həmin vəsaitin 72,9 milyon manatı vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi məqsədilə sosial mənzillərin tikintisinə, 71 milyon manatı isə ipoteka layihələrinin maliyyələşdirilməsinə sərf edilib.

Son xəbərlər
Oxşar xəbərlər