22 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Ötən il ən çox yüklənən tətbiqlərin reytinqi açıqlanıb – Siyahı

Screen Shot 2021 09 02 at 14.34.20

Qısa video-çarxlar xidməti tətbiqi olan “TikTok” 2020-ci ildə ən çox yüklənən tətbiq olub. “TikTok” ilk dəfə olaraq yüklənmə göstəricisinə görə “Facebook”u qabaqlayıb.

Bu barədə “Nikkei”in araşdırmasında deyilir.

Qeyd olunur ki, “Telegram” tətbiqi reytinqdə səkkizinci yerdən yeddinci pilləyə yüksəlib.

“TikTok”un müvəffəqiyyətini əsasən koronavirus pandemiyası, “Telegram”ın uğuru isə “Facebook”la məlumatları paylaşmağa başlayan “WhatsApp”ın siyasəti ilə əlaqələndirilir. “TikTok”un çinli rəqibi “Likee” reytinqdə səkkizinci sırada yer alıb.

2020-ci ildə ən çox yüklənən tətbiqlər – TOP-10:

1. TikTok

2. Facebook

3. WhatsApp

4. Instagram

5. Facebook Messenger

6. Snapchat

7. Telegram

8. Likee

9. Pinterest

10. Twitter

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər