11 C
Baku
Friday, October 25, 2024

Ötən il anadan olanların 53,4 faizi oğlan, 46,6 faizi qız uşaqlarıdır

Azərbaycan əhalisinin sayı 2018-ci il dekabr ayının 1-nə 9 milyon 974 min 578 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 2018-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 127 min 681 doğulan körpə qeydə alıb. Körpələrin 53,4 faizi oğlan, 46,6 faizi qız uşaqlarıdır.

Ötən ilin 11 ayı ərzində 52 min 733 ölüm halı, 56 min 888 nikah, 13 min 655 boşanma rəsmiləşib.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti ötən ilin yanvar-noyabr ayları ərzində daimi yaşamaq üçün 3103 nəfər gələn, 1558 nəfər gedən qeydə alıb.

Son xəbərlər
Digər xəbərlər