16 C
Baku
Monday, May 20, 2024

Ötən il ASCO-nun gəmiləri ilə daşınan sərnişinlərin sayı 13%-ə yaxın artıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə 2023-cü ildə daşınan sərnişinlərin sayı 24 min 399 nəfər olub və bu da 2022-ci illə müqayisədə 2 737 nəfər (12.6%) çoxdur.

Bu barədə ASCO-dan bildiriblər.

Qeyd edilib ki, ötən il sərnişinlərin çoxu “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsi ilə daşınıb. Bu gəmi ilə 6 023 nəfər mənzil başına çatdırılıb.

Keçən il ASCO-nun müştərilərə təqdim etdiyi elektron bilet xidmətindən yararlanaraq bilet alan sərnişinlərin sayı isə 99 nəfər təşkil edib.

Həmçinin 2023-cü ildə ASCO-nun gəmi-bərələri ilə ümumilikdə 2 170 reys həyata keçirilib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər