28 C
Baku
Sunday, July 21, 2024

Ötən il Azərbaycan 30 mln. kVt/st-a yaxın elektrik enerjisi istehsal edib

Energetika naziri Pərviz Şahbazov 2022-ci ildə elektrik enerjisinə dair göstəriciləri açıqlayıb.

Banker.az xəbər verir ki, nazir bu barədə öz rəsmi Twitter hesabında yazıb.

2022-ci ildə elektrik enerjisinin istehsalı 28 988.5 mln. kVt/st təşkil edib ki, bu da 4% artım deməkdir. Ötən il ixrac 3 003.8 mln. kVt/st, idxal isə 137.1 mln. kVt/st olub.

Nazir qeyd edib ki, yanvar-dekabr aylarında İES-lər üzrə 27 043.3 mln. kVt/st, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 945.2 mln kVt/st elektrik enerjisi istehsal edilib

Son xəbərlər
Digər xəbərlər