25 C
Baku
Sunday, July 21, 2024

Ötən il Azərbaycana səfər edən rusiyalıların sayı artıb

Rusiya turizm operatorları 2022-ci ildə Azərbaycana səfər etmək istəyənlərin sayının artdığını bildiriblər.

Rusiya Turizm Operatorları Assosiasiyasının apardığı sorğunun nəticələrinə görə, turoperatorlar Azərbaycana turların sayının artmasına səbəblərdən biri kimi, Rusiya regionlarından birbaşa aviareyslərin açılmasını və biletlərin qiymətinin aşağı düşməsini göstərirlər.

Eyni zamanda, Rusiya turizm mütəxəssisləri qeyd edilər ki, Azərbaycana giriş üçün koronavirus məhdudiyyətlərinin olması rusiyalı turistlərin ölkəmizə marağını nisbətən azaldır. Onların fikrincə, koronavirus məhdudiyyətlərinin ləğvi Rusiyadan Azərbaycana turist axınını 30-40 faiz artıra bilər.

Turoperatorlar rusiyalıların Azərbaycana, əsasən, ekskursiya və şəhər turlarına, eləcə də müalicə məqsədilə gəldiklərini vurğulayırlar. Bu il, həmçinin Azərbaycan kurortlarında qış turizmi də rusiyalılar üçün cəlbedici olub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər