34 C
Baku
Wednesday, August 17, 2022

Ötən il Azərbaycanda doğulanların sayı azalıb, ölənlərin sayı artıb

2021-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112 284 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,2 təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, körpələrdən 2958-i əkiz, 84-ü üçəm, 12-si isə dördəm doğulanlardır.

Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Mil-Muğan (13,6), Dağlıq Şirvan (13,4), Quba-Xaçmaz (12,6),Lənkəran-Astara (12,5), Şərqi Zəngəzur (12,3), Qazax-Tovuz (12,2), Şirvan-Salyan (12,2), Qarabağ (11,8), Mərkəzi Aran (11,6) və Şəki-Zaqatala (11,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

Ötən il ölkədə 76 878 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil etmişdir. Ölənlərin 1793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7747 nəfəri (10,1 faizi) 18-49 yaşda, 21004 nəfəri (27,3 faizi) 50-64 yaşda, 46334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.

Qeyd edək ki, 2020-ci ildə doğulan körpə sayı 126 571 olub, 75 647 isə ölüm halı qeydə alınıb.

qrafik

Son xəbərlər
Oxşar xəbərlər