17 C
Baku
Sunday, May 26, 2024

Ötən il Azərbaycanda ixracın 26 mlrd. dolları neft-qaz sektorunun payına düşüb

Xarici ticarət balansı əsasında olan ixrac ötən il 29.2 milyard dollar, idxal isə 16.4 milyard dollar təşkil edib.

Bu sözləri Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov tədiyyə balansına həsr olunan brifinqdə deyib.

Onun sözlərinə görə, 29.2 milyard dollarlıq ixracın 25.9 milyard dolları neft-qaz sektorunun payına düşüb.

“İxracın strukturunda əsas xam neft durur ki, o da 16.8 milyard dollar təşkil edib. Təbii qaz 8.4 milyard dollar, neft məhsulları isə 0.7 milyard dollar olub”, – deyə Samir Nəsirov əlavə edib.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər