Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana yönəldilmiş əsas kapital investisiyaları 2025-ci ildə 586 milyon manata çatıb.
Banker.az-ın məlumatına görə, 2024-cü ildə BƏƏ-dən yatırımlar 58.7 milyon manat olmuşdu. Beləliklə, bir il ərzində göstərici təxminən 10 dəfə artıb.
BƏƏ-nin Azərbaycana yönəldilən xarici kapital investisiyalarındakı payı 1.8%-dən 13.9%-ə yüksəlib.
Bu artımdan sonra BƏƏ Böyük Britaniyadan sonra Azərbaycanın ikinci ən böyük xarici kapital investoru olub.
2025-ci ildə Türkiyənin payı 11.4%, Rusiyanın payı 8.8%, ABŞ-nin payı 8.5%, İsveçrənin payı isə 8% təşkil edib.







