-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Ötən il BFB-də qiymətli kağızlar üzrə əməliyyatlar 15 mlrd. manatı ötüb

Bakı Fond Birjasında 2021-ci il ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 15 300 752 386 manat təşkil edib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 19%, repo əməliyyatları üzrə isə 235%, İpoteka istiqrazları istisna olmaqla digər korporativ qiymətli kağızların ilkin bazar ticarət həcmində 241 % , bu korporativ qiymətli kağızların təkrar bazar ticarət həcmində isə 200% böyümə qeydə alınmışdır.

2021-ci ilin dekabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 12% artaraq 4 366 639 001 manat təşkil etmişdir.

BFB-nin ticarət dövriyyəsinin cədvəli

Bazarlar / Əməliyyatlar 01.01.2021 – 31.12.2021 01.01.2021 – 31.12.2021
Əqdlərin həcmi (manatla) Əqdlərin sayı Əqdlərin orta günlük** həcmi (manatla) Əqdlərin orta günlük sayı
1. Dövlət qiymətli kağızları 7,287,806,403 2,206 30,239,861 9.15
1.1. İlkin bazar 6,188,550,117 1,425 25,678,631 5.91
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) 1,497,325,136 543 6,212,967 2.25
ARMB* qiymətli kağızları 4,691,224,980 882 19,465,664 3.66
1.2. Təkrar bazar 1,099,256,286 781 4,561,229 3.24
Dövlət istiqrazları 955,373,114 753 3,964,204 3.12
ARMB qiymətli kağızları 143,883,172 28 597,026 0.12
2. Korporativ qiymətli kağızlar 816,610,641 5,338 3,388,426 22.15
2.1. İlkin bazar 656,577,017 1,081 2,724,386 4.49
2.1.1. Səhmlər 30,070,002 84 124,772 0.35
2.1.2. İstiqrazlar 626,507,016 997 2,599,614 4.14
–  İpoteka istiqrazları 280,043,332 14 1,162,006 0.06
–  Digər istiqrazlar 346,463,684 983 1,437,609 4.08
2.2. Təkrar bazar 160,033,623 4,257 664,040 17.66
2.2.1. Səhmlər 13,936,094 3,822 57,826 15.86
2.2.2. İstiqrazlar 146,097,530 435 606,214 1.80
–  İpoteka istiqrazları 62,909,939 3 261,037 0.01
–  Digər istiqrazlar 83,187,591 432 345,177 1.79
3. Repo əməliyyatları 7,196,335,343 4,284 29,860,313 17.78
Dövlət istiqrazları üzrə 6,834,180,324 4,181 28,357,595 17.35
ARMB qiymətli kağızları üzrə 358,522,405 90 1,487,645 0.37
Korporativ qiymətli kağızlar üzrə 3,632,613 13 15,073 0.05
Cəmi (1+2+3) 15,300,752,386 11,828 63,488,599 49.08
–  o cümlədən: ilkin bazar 6,845,127,134 2,506 28,403,017 10.40
–  o cümlədən: təkrar bazar 1,259,289,909 5,038 5,225,269 20.90
–  o cümlədən: repo əməliyyatları 7,196,335,343 4,284 29,860,313 17.78

* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı       

** Tircarət günlərinin sayı – 241 gün                       

Son xəbərlər
Oxşar xəbərlər