12 C
Baku
Sunday, October 27, 2024

Ötən il bir istehlakçı qidalanmaya bu qədər xərc çəkib

2018-ci ildə 2017-ci illə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7qeyri-ərzaq məhsullarının qiymətləri 2,6% artmışdır.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, ümumiyyətlə isə 2018-ci ilin yanvar-dekabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7010,0 mln. manat təşkil etmişdir ki, onun da 3824,0 mln. manatı heyvandarlıq, 3186,0 mln. manatı isə bitkiçilik məhsullarının payına düşür.

2017-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə kənd təsərrüfatının istehsalı 4,6%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,7%,  bitkiçilik məhsullarının istehsalı isə 6,8 % artmışdır.

2018-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri noyabr ayına və 2018-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 % bahalaşmışdır.

Eyni hesabat dövründə qeyri-ərzaq məhsullarının qiymətləri isə noyabr ayına nisbətən 0,2 %,  2018-ci ilin yanvar- dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,6 % bahalaşmışdır.

2018-ci ildə istehlakçıların pərakəndə  ticarət şəbəkələrində xərclədiyi vəsaitin  45,8 %i ərzaq məhsullarının, 4,5%-i içkilər və tütün məmulatlarının, 17,9 %-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

Hesabat ilində bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 158,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,6 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

 

ÜDM-in 5,3%-i  kənd təsərrüfatı, meşə təsərrüfatı  və balıqçılıq  təşkil etmişdir. Həmçinin qeyd edək ki, Ümumi Daxili Məhsul istehsalında  kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq istehsalı 2018-ci il üzrə 4196,1 mln. manat  təşkil etmişdir. Nəzərə alsaq ki, 2017-ci ildə bu rəqəm 3949,3 mln. manat təşkil etmişdir, o zaman 2018-ci il  2017-ci ilə  nisbətən,  %lə bu sahə üzrə 104,6%  irəliləmişdir.

Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışında qida məhsullarının istehsalında  2017-ci illə müqayisədə 101,3% * müşahidə olunur. Belə ki, 2018-ci  ildə bu göstərici 3 314 039,8 mln. manat  təşkil etmişdir.

Ötən il 2017-ci illə müqayisədə tütün məmulatlarının istehsalında 2,7 dəfə, içki istehsalında 12,2%, qida məhsullarının istehsalında isə 1,3%  artım müşahidə olunmuşdur.

Bu sahələrin əsas məhsullarından brendi (konyak) istehsalı 4,4 dəfə, üzüm şərabının istehsalı  48,9 %,  alkoqolsuz içkilərin istehsalı 23,4 %, kolbasa məmulatlarının istehsalı 6,4 %,  cem və marmeladların istehsalı 2,4 % artmış, bununla yanaşı qənd və şəkər tozu istehsalı 14,8 %, duru bitki yağlarının istehsalı 11,0 % azalmışdır.

O cümlədən 2018-ci ildə 1 235,0 min ton  çörək və çörək-bulka məmulatları, 311,8  min ton ət (quş əti daxil olmaqla), 194,4 ton qənd və şəkər tozu, 5 723,2 ton kolbasa məmulatları, 4 751,0 ton qaymaq və xama, 49 992,9 ton pendir  və kəsmik, 23 467,9 ton kərə yağı, 49 508,3 ton duru  bitki yağları, 47 211,2 ton Marqarin yağı və digər qida məhsulları istehsal  edilmişdir.

2018-ci il ərzində pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin səviyyəsini real ifadədə 2,5% üstələyərək 18638,4 milyon manata çatmışdır. Ticarət dövriyyəsi 18451,6 milyon manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2017-ci illə müqayisədə 3,4 % çox olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər