20 C
Baku
Monday, April 15, 2024

Ötən il Ermənistandan Türkiyəyə ixrac 139 dəfə artıb

Ermənistanla Türkiyə arasında ticarət dövriyyəsi ötən il 4.4 dəfə, Ermənistandan Türkiyəyə ixrac isə 139 dəfə artıb.

Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Ermənistanda Türkiyə istehsalı olan məhsullara qoyulan embarqo aradan qaldırıldıqdan sonra ötən il ölkələrarası ticarətin həcmi 324.5 milyon dollar olub.

Ermənistandan Türkiyəyə ixrac 61.2 milyon dollar (2021-ci ildə bu rəqəm 0.44 milyon dollar olub), Türkiyə istehsalı malların idxalı isə 3.6 dəfə artıb.

Türkiyədən Ermənistana ən çox alüminium detallar, sitrus meyvələri, trikotaj məmulatları, elektrotexnika və digər mallar idxal olunub. Ermənistan isə qızıl, dəri, qiymətli daşlar ixrac edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər