Ötən il Gürcüstan Azərbaycandan sement idxalını 29% artırıb

2019-cu ildə Gürcüstan Azərbaycandan 23 milyon 858 min ABŞ dolları dəyərində 444 836,3 ton sement idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirilib.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Qeyd olunub ki, idxal edilən sementin həcmi əvvəlki illə müqayisədə 28% və ya 97 495,3 ton, dəyəri isə 29,1% və ya 5 milyon 386,8 min dollar artıb. Belə ki, 2018-ci ildə Gürcüstanın Azərbaycandan sement idxalının ümumi həcmi 347 341,0 ton, dəyəri isə 18 milyon 471,2 min dollar təşkil etmişdi.

Statistika İdarəsindən həmçinin bildirilib ki, hesabat ilində Gürcüstan Azərbaycandan 16 milyon 842,9 min dollar dəyərində 36 370,2 ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar idxal edib ki, bu əvvəlki illə müqayisədə 72% və ya 15 232,5 ton çoxdur. 2018-ci ildə Gürcüstan Azərbaycandan dəyəri 11 milyon 360,9 min dollar olan 21 137,7 ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar idxal edib.

©APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları