33 C
Baku
Tuesday, July 16, 2024

Ötən il hüquqi şəxslər 3 mlrd. manatdan çox mənfəət vergisi ödəyib

2022-ci ildə Azərbaycanda hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 8 522.5 milyon manat vəsait yığılıb.

Bu barədə “2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da bildirilir.

Sənədə əsasən, bu, 5 290 milyon manatlıq proqnoza qarşı 3 232.5 milyon manat və yaxud 61.1 %, 2021-ci illə müqayisədə isə 5 564.1 milyon manat və yaxud 2.9 dəfə çox olub.

Bu tədiyə növü üzrə daxil olan vəsaitin 30.7 %-i və yaxud 2 612.2 milyon manatı qeyri-neft sektorunun, 69.3 %-i və yaxud 5 910.3 milyon manatı neft sektorunun payına düşüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər