26 C
Baku
Thursday, May 30, 2024

Ötən il istehsalçılar çiyələk satışından 6.8 milyon manat xalis gəlir əldə ediblər

Cəlilabadda aqrar sektorda müasir texnologiyaların tətbiqi getdikcə genişlənir. Son bir neçə ildə çiyələk becərilməsində innovasiyaların tətbiqi məhsuldarlığın artmasına, su və torpaq resurslarından daha səmərəli istifadə olunmasına, istehsalda maya dəyərinin aşağı düşməsinə müsbət təsir göstərir.

Rayonda yerli sahibkarların çiyələkçiliyin inkişafına marağı ilbəil artır. Təxminən, ilin 9 ayı
açıq əkin sahələrində becərilən bu məhsul artıq payız fəslindən istixanalarda yetişdirilir. Hazırda rayonda yığımı davam etdirilən mühüm gəlirli sahə kimi dəyərləndirilən çiyələk sahələri 510 hektara çatdırılıb.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) məlumatına görə, təkcə ötən il çiyələk
sahələrindən 15 min 280 ton keyfiyyətli məhsul tədarük olunub. Məhsulun yerli bazarla yanaşı, 12 min tona yaxını dünya bazarlarına daşınıb. Bununla yanaşı, ərəb ölkələrindən, İraq, Qazaxıstan və Belarusdan məhsulun ixracı ilə bağlı sahibkarlara sifarişlər gəlib.

Ötən il istehsalçılar çiyələk satışından 6,8 milyon manat xalis gəlir əldə ediblər.

Xatırladaq ki, istehsalçılar yaz mövsümü başlayandan indiyədək sahələrdən
12 min 365 ton məhsul toplayıblar, bunun 10 min 900 tonu xaricə ixrac olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər