7 C
Baku
Bazar, Yanvar 16, 2022

Ötən il layihələrin maliyyələşdirilməsinə 130.6 mln. manat güzəştli kredit verilib

2021-ci il ərzində güzəştli kredit mexanizmi çərçivəsində 1902 layihənin maliyyələşdirilməsinə 130.6 mln. manat vəsait ayrılıb.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici 2020-ci il ilə müqayisədə layihə sayı üzrə 2 dəfədən çox və kredit məbləği üzrə 2.9% artım deməkdir. Belə ki, 2020-ci ildə 908 layihənin maliyyələşdirilməsi məqsədilə 126.9 mln. manat güzəştli kredit verilib.

Ötən il verilmiş kreditlər hesabına 3213 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Qeyd edək ki, 2020-ci ildə bu rəqəm 2725 yeni iş yeri təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər