27 C
Baku
Saturday, July 27, 2024

Ötən il Naxçıvanda sənayenin kreditləşməsi kəskin artıb

Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı istiqamətində ötən il bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 18.5 mln. manatdan çox kreditlər verilib.

Banker.az Naxçıvan Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu da 2019-cu ildəki göstəricidən 69.6% çoxdur.

2020-ci ildə 325.3 mln. ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub ki, bu da bir il öncəki göstəricidən 0.6% çoxdur.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2020-ci ildə sənaye sahəsində 16 913 nəfər işçi çalışmışdır ki, bu da 2019-cu ildəki müvafiq göstəricidən 150 nəfər çoxdur.

Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2019-cu ildəki göstəriciyə nisbətən 3.8% artaraq 431.8 manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər