27 C
Baku
Saturday, July 27, 2024

Ötən il Neft Fondu büdcəyə 8,1 milyard manat transfert edib

Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat proqnoza qarşı 90,0% icra olunaraq 17 milyard 498 milyon manat olub. Bu göstərici 2014-cü illə müqayisədə 902,6 milyon manat və ya 4,9% azdır.

Bu barədə Oxu.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 8 milyard 130 milyon manatı və ya 46,5%-i Azərbaycan Dövlət Neft Fondundan transfertin, 7 milyard 118,3 milyon manatı və ya 40,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1  milyard 591,9 milyon manatı və ya 9,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 657,8 milyon manatı və ya 3,7%-i digər mənbələr üzrə daxilolmaların payına düşüb.

Ötən il büdcə daxilolmalarının 41,6%-ni qeyri-neft sektorundan gəlirlər təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 7,% bəndi, 2013-cü illə müqayisədə 14,7% bəndi çoxdur.

Neft sektoru üzrə daxilolmaların 1 milyard 409,5 milyon manatını Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), 680,4 milyon manatını isə neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edib

Son xəbərlər
Digər xəbərlər