28 C
Baku
Saturday, July 27, 2024

Ötən il özəlləşdirmədən və icarədən dövlət büdcəsinə 72 mln. manata yaxın vəsait daxil olub

Ötən il koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bir sıra sahələrlə yanaşı, dövlət əmlakının özəlləşdirilməsində də bəzi məhdudiyyətlər yaranıb. Belə ki, mart ayından özəlləşdirmə hərracları dayandırılıb, avqust ayından isə yenidən bərpa olunub.

Banker.az xəbər verir ki, 2020-ci ildə 47 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 24 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış sahəsi, 3 yarımçıq tikili və 100 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ümumilikdə, ötən il dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən dövlət büdcəsinə 71.8 milyon manat vəsait daxil olub və illik proqnoz 102.6% yerinə yetirilib. Bununla yanaşı, ölkə prezidentinin 19 mart 2020-ci il və Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamlarına əsasən, dövlət əmlakına dair bağlanmış icarə müqavilələri üzrə sahibkarlara 1 350 min manat güzəşt tətbiq olunub.

Son xəbərlər
Digər xəbərlər