Ötən il qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciət edən 10652 sahibkarlıq subyektindən 405-ə imtina verilib

2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında AQTA sədri Qoşqar Təhməzli bildirib ki, hesabat dövründə sahibkarların yeni qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılması, maarifləndirilməsi, sahibkarlarla dövlət-özəl əməkdaşlığının təmin edilməsi məqsədilə bir sıra biznes assosiasiyaları, ticarət palataları ilə birlikdə 80 tədbir təşkil edilib, 3900-dən çox sahibkarla görüşlər keçirilib.

Qeydiyyat prosesinin optimallaşdırılması və şəffaflığın təmin edilməsi üçün elektron qeydiyyat sistemi yaradılıb və bütün ölkə üzrə tətbiq edilib. 2019-cu il ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 10 652 müraciət daxil olub. Bu müraciətlərdən 10 247-si ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları