18 C
Baku
Thursday, April 25, 2024

Ötən il Rusiyadan Qırğızıstana 2.6 mlrd. dollar köçürülüb

2022-ci ilin 11 ayı ərzində pulköçürmə sistemləri vasitəsilə Rusiyadan Qırğızıstana rekord həcmdə – 2.6 milyard dollar köçürülüb.

Bu barədə Qırğızıstan Milli Bankının hesabatında deyilir. Bu, ölkələr arasında pul köçürülmələrin həcminə görə maksimum göstəricidir. Əvvəlki rekord analoji dövr ərzində Rusiyadan respublikaya təxminən 2.45 milyard dolların köçürüldüyü 2021-ci ildə qeydə alınmışdı.

Pulun əsas hissəsi qırğızıstanlı əmək mühacirləri tərəfindən göndərilib. Müxtəlif hesablamalara görə, hazırda Rusiya ərazisində 700 mindən 1 milyona qədər Qırğızıstan vətəndaşı işləyir.

Ötən ilin 11 ayı ərzində Qırğızıstana ABŞ-dan təxminən 51 milyon dollar, Türkiyədən 11 milyon dollar, Qazaxıstandan isə 6 milyon dollar vəsait köçürülüb.

MənbəAzertac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər