4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Ötən il Rusiyanın Ulyanovsk vilayətindən taxıl məhsulları ən çox Azərbaycana ixrac olunub

2021-ci ildə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Çuvaş Respublikası və Ulyanovsk vilayəti üzrə İdarəsinin nəzarəti altında Ulyanovsk ərazisindən xarici ölkələrə ümumilikdə 62 322 ton taxıl və taxıl emalı məhsulları daşınıb. Ən çox taxıl məhsulları Azərbaycan Respublikasına ixrac olunub. Belə ki, ötən il Azərbaycana 48 023 ton buğda və arpa ixrac edilib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, Belçika Krallığına 0,036 ton arpa, düyü, Belarus Respublikasına 3 075,4 ton noxud və buğda, habelə Almaniya Federativ Respublikasına, İsrailə, Yaponiyaya, Qazaxıstana buğda, arpa, çovdar ixrac edilib.

Məhsullar baxımından ixracatda aparıcı yeri buğda tutur – 2021-ci ildə Ulyanovsk vilayəti ərazisindən ümumilikdə 55 918 ton yük daşınıb ki, bu da tənzimlənən ixrac məhsulların ümumi sayının demək olar, 90%-ni təşkil edir.

 

Mənbə:report.az
Son xəbərlər
Oxşar xəbərlər