25 C
Baku
Friday, July 19, 2024

Ötən il Rusiyaya kiberhücumlardan 9 milyard dollardan artıq ziyan dəyib

“Ötən il Rusiyaya kiberhücumlardan 600 mlrd. rubl (təxminən, 9,2 mlrd. dollar) ziyan dəyib”.

Banker.az “Report”a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Dmitri Medvedev Moskvada keçirilən “İnnovasiya açılışı -2018” adlı beynəlxalq forumda bildirib.

Hökumət başçısı qeyd edib ki, ekspertlərin hesablamalarına görə, 2017-ci ildə kiberhücumlar dünya iqtisadiyyatına 1 trln. dollar məbləğində ziyan vurub. Bunun isə bir hissəsi Rusiyanın payına düşüb.

“Bu, iqtisadiyyatımız üçün kifayət qədər əhəmiyyətli vəsaitdir” – deyə o, qeyd edib.

Son xəbərlər
Digər xəbərlər