26 C
Baku
Cümə, Sentyabr 17, 2021

Ötən ilin may-dekabr ayları ərzində neft hasilatına dair razılaşmanın icra səviyyəsi açıqlanıb

Screen Shot 2021 09 02 at 14.34.20

OPEC+ çərçivəsində 2020-ci ilin may-dekabr ayları ərzində hasilatın ixtisarına dair əldə edilmiş razılaşma 99 faiz yerinə yetirilib.

OPEC+ Texniki komitəsinin 2 fevral tarixli iclasında bu barədə məlumat verilib.

O cümlədən OPEC-ə üzv ölkələri tərəfindən həmin razılaşmanın yerinə yetirilmə səviyyəsi 101 faiz, qeyri-OPEC ölkələri tərəfindən də 96 faiz olub.

2020-ci ilin dekabr ayında sözügedən razılaşma çərçivəsində neft bazarına gündə 7,7 milyon barelə yaxın neft çıxarılıb. Burada OPEC-ə üzv ölkələri razılaşmanı 103 faiz, qeyri-OPEC ölkələri isə 93 faiz yerinə yetiriblər.

OPEC+ çərçivəsində 2020-ci ilin may-dekabr ayları ərzində əvvəlki dövrə nisbətən gündə 2,68 milyon barel, yəni may ayına nisbətən ikiqat artıq neft hasil olunub. Razılaşma iştirakçıları bu qalığı 2021-ci ilin mart ayının sonunadək aradan qaldırmalıdır.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər