32 C
Baku
Sunday, July 14, 2024

Ötən rüb dolların manata qarşı orta günlük məzənnəsi açıqlanıb

Rüb ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq 2017-ci ilin I rübündə manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilib.

“Yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları fevral ayının ikinci yarısından nisbətən ucuzlaşmağa başlayıb. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1,7707 manat səviyyəsində olubsa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə – 1,9200 manata qalxıb, 27.03.17 tarixində isə minimum həddinə – 1,7200 manata enib. 2017-ci ilin I rübünün sonuna manata nəzərən ABŞ dolları 2,6% ucuzlaşıb. Rüb ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1,7848 manat təşkil edib”, – deyə Pul Siyasəti İcmalında qeyd olunub.

Sənəddə o da bildirilib ki, rüb ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 3,6% bahalaşıb: “NEM-nin 0,4% ucuzlaşması REM-ə azaldıcı, tərəfdaş ölkələrlə inflyasiya fərqləri isə artırıcı təsir edib”.

Son xəbərlər
Digər xəbərlər