13 C
Baku
Saturday, November 23, 2024

Ötən ay əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda yaşamaq üçün altı mindən çox müraciət ediblər

Ötən ay Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 6 min 439 müraciəti daxil olub.

Bu barədə DMX-dən məlumat verilib.

Qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı quruma 57 min 969 müraciət ediblər.

Şəxslərin vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərinin sayı isə 2 min 51 olub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər