15 C
Baku
Tuesday, November 18, 2025

Ötən ay 16 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda qeydiyyat üçün müraciət edib

Ötən ay 16 min 152 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib.

Bu barədə DMX-dən məlumat verilib.

Bildirilib ki, oktyabrda 7935 nəfər ölkə ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması, 148-i vətəndaşlıq məsələləri ilə bağlı, 1526-sı Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 643-i ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciət edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər