Ötən ay Azərbaycan Gürcüstandan ümumi dəyəri 10,2 milyon ABŞ dolları olan 268 ədəd minik avtomobili idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında bildirilib.
Avtomobil tədarükü dəyər baxımından 16,39%, say baxımından isə 318 ədəd azalıb.
Yanvarda Gürcüstandan ixrac edilmiş minik avtomobillərinin ümumi sayı 3 730 ədəd təşkil edib. Qonşu ölkənin avtomobil ixracının 7,18%-i Azərbaycanın payına düşüb.







