2025-ci ilin yanvarında Azərbaycandan 14 milyon 715 min dollar dəyərində 13 040 ton pomidor ixrac olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11.4% azalıb, miqdar ifadəsilə 10% artıb.
2024-cü ilin eyni ayında Azərbaycandan 16 milyon 600 min dollar dəyərində 11 849 ton pomidor ixrac olunmuşdu.
Bu il ümumi ixracının 0.48%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 7.48%-i pomidorun payına düşüb.