Hesabat ayında da bank sektorunda çalışanların sayında artım trendi davam etmişdir.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Aprel ayında bank əməkdaşlarının sayı 0.4% və ya 94 nəfər artaraq 23.258 nəfər təşkil
etmişdir.
Ötən ilin aprelində bank işçilərinin sayı 21.227 nəfər olub ki, bu da illik müqayisədə 2 031 nəfər və ya 10% artım deməkdir.