9 C
Baku
Monday, November 18, 2024

Ötən ay Bakı ilə Naxçıvan arasında 7 mindən çox sərnişin daşınıb

Bu ilin yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan istiqamətində 7 mindən artıq sərnişin daşınıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, nazirlik mütəmadi olaraq vətəndaşlarla görüşlər və monitorinqlər keçirir. Sərnişindaşıma xidmətində keyfiyyət göstəricilərinin artırılması istiqamətində müvafiq işlər görür. Bu məqsədlə Babək rayonunun Araz kəndindən Nehrəm-Babək-Naxçıvan istiqamətində reyslərin sayı 6-ya çatdırılıb. Naxçıvan-Qahab-Naxışnərgiz istiqamətində isə dayanacaq məntəqəsi artırılaraq sakinlərin müraciətinə uyğunlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər