15 C
Baku
Saturday, December 6, 2025

Ötən ay Bakıda qeyri-yaşayış obyektlərinin qiyməti necə dəyişib?

Bu ilin noyabr ayında Bakının bütün rayonlarında qeyri-yaşayış obyektlərinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Bu barədə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Nərimanov rayonunda qeydə alınıb. Həmin rayonda qeyri-yaşayış obyektlərinin bir kv.metrinin orta qiyməti 5041 manat təşkil edib ki, bu da ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 25,8% çoxdur.

Paytaxtın Yasamal rayonunda da qeyri-yaşayış obyektlərinin qiymətlərində yüksək artım müşahidə olunub. Bu rayonda noyabrda həmin tipli obyektlərin bir kv.metrinin orta qiyməti 7803 manata bərabər olub (+24,7%).

Səbail və Nəsimi rayonları da qeyri-yaşayış obyektləri yüksək göstəricilərlə seçilib. Səbaildə orta qiymət 8034 manat (+ 18,4% ), Nəsimidə isə 5092 manat (+ 22,3% ) təşkil edib.

Noyabrda qeyri-yaşayış obyektlərinin bir kv.metrinin orta qiyməti Xətai rayonunda 6021 manat (+ 10,2%), Nizami rayonunda 4061 manat (+ 17,3%), Binəqədi rayonunda 3536 manat (+ 9%), Sabunçu rayonunda 4564 manat (+ 13,4%), Xəzər rayonunda 2241 manat (+ 11,3%), Suraxanı rayonunda 3033 manat (+ 7,3%), Qaradağ rayonunda 2094 manat (+ 9,3%), Pirallahı rayonunda isə 2023 manat (+ 3,4%) olub.

Beləliklə, rəqəmlərdən də göründüyü kimi 2025-ci ilin noyabr ayında Bakının bütün rayonlarında qeyri-yaşayış obyektlərinin qiyməti artıb.

whatsapp image 2025 12 06 at 095135

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər